07:36 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0227
  • EUR2.0665
DÜNYA
Qısa URL
22901

ABŞ-da 8 noyabrda keçirilən prezident seçkiləri ilə əlaqədar olaraq ilk dəfə bir əyalətdə səslər yenidən sayılır

BAKI, 26 noy-Sputnik. ABŞ-da 8 noyabrda keçirilən prezident seçkiləri ilə əlaqədar olaraq ilk dəfə bir əyalətdə səslər yenidən sayılır.

Sputnik hurriyet-ə istinadla xəbər verir ki, az fərqlə qələbə çaldığı 3 əyalətdə səslərin yenidən sayılmasında nəticələr dəyişsə, Donald Tramp prezidentliyi itirə bilər.

Visconsin əyalətinin Seçki Komissiyası ABŞ-ın Yaşıllar Partiyası prezidentliyə namizədi Jill Steinin səslərin yenidən sayılması tələbini qəbul edib. Səslər bir həftə içində yenidən sayılacaq.

Stein digər iki kritik əyalət olan Michigan və Pensilvaniyada da yenidən səslərin sayılması ilə əlaqədar müraciət etmək üçün lazım olan pulu yığır. Sorğular bu 3 əyalətdə Hillari Klintonu qabaqda göstərməsinə baxmayaraq, sandıqdan çox az fərqlə Tramp birinci çıxmışdı. Bu 3 əyaləti Klinton qazansa, o prezident olacaqdı.

Yaşıllar Partiyasının namizədi Stein bu üç kritik əyalətdə səslərin yenidən sayılması üçün aktiv kampaniya aparsa da, Klinton və Tramp cəbhələri hələlik səssiz qalıb. İndiyədək seçilmiş ABŞ prezidenti səslərin yenidən sayılması nəticəsində heç dəyişmədi.

Əsas mövzular