23:58 25 Fevral 2018
Canlı yayım
Eyfel qülləsi

Eyfel Qülləsinin pilləkənləri satıldı

© pixabay / nkoks
DÜNYA
Qısa URL
7600

Bir asiyalı, hərracın açılış qiymətinin 10 qatını təklif edərək Eyfel pilləkənlərinin sahibi olub

BAKI, 24 noy — Sputnik. Fransanın paytaxtı Parisin simvolu olan Eyfel Qülləsinin ikinci və üçüncü mərtəbələri arasındakı metal nərdivanların 14 pilləsi açıq hərracda satılıb. Sputnik NTV-yə istinadla xəbər verir ki, pillələr "Artcurial" Hərrac Evində təşkil edilən bir hərracda 523 min 800 avroya (946 min 873 manata) satılıb.

Hərrac 20 min avrodan başlayıb. Telefonla hərraca bağlanan və adı açıqlanmayan asiyalı bir nəfər, hərracın açılış qiymətinin 10 qatını təklif edərək Eyfel pilləkənlərinin sahibi olub.

Pilləkən əfsanəvi fransız mühəndis Gustave Eiffelin, 324 metr uzunluğundakı Eyfel Qülləsini 1889-cu ildə inşa etdiyi sırada düzəldilmişdi. Satışa çıxarılan pillələr qülləyə lift quraşdırılarkən yer qazanmaq üçün sökülmüşdü.

Əlaqədar

Eyfel qülləsi bağlandı
Parisdə Azərbaycanın müstəqilliyinin ildönümü qeyd olunub
Parisdə atışma baş verib
Azərbaycan filmi Paris festivalında mükafat qazandı
Dünyanın ən bahalı sarayı Parisdədir
Teqlər:
Eyfel Qülləsi, satış, Paris, Fransa, hərrac

Əsas mövzular