19:13 20 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Nursultan Nazarbayev və Aset İsekeşev

Nursultan Nazarbayev adına hər şey

© Foto : Qazaxıstan prezidentinin rəsmi internet saytı
DÜNYA
Qısa URL
40310

Astana başda olmaqla Qazaxıstanda bir sıra şəhər və obyektlərə prezidentin adını vermək, Konstitusiyaya ölkənin qurucusu kimi onun adını qeyd etmək təklif olunub

BAKI, 24 noy — Sputnik. Qazaxıstan parlamentinin deputatı Kuanış Sultanov, paytaxtın və ölkənin vacib obyektlərini prezident Nursultan Nazarbayevin şərəfinə adlandırmaq təklifi ilə çıxış edib. Sputnik-in məlumatına görə, o, bu təklifi palatanın "Qazaxıstanın müstəqilliyinin 25 illiyi"nə həsr olunmuş bəyənnamənin qəbuluna həsr olunmuş islasında səsləndirib. Sultanovun fikrincə, hər şey prezidentin ətrafında birləşməlidir ki, milli dəyərlər daha da güclənsin və gələcək nəsillərə suveren və müstəqil Qazaxıstanı ötürə bilsinlər.

Sputnik-in məlumatına görə, Sultanov Astananı Nursultan, yaxud da Nazarbayev adlandırmağı təklif edib. Deputat bu fikri, təsadüfən 1 dekabrda qeyd olunan İlk Prezident Günü ərəfəsində səsləndirib.

Elbaşı (millətlər lideri) adına olan məktəb və universitetlər Qazaxıstanda ən prestijli hesab olunurlar. Astananın da ən prestijli universiteti Nazarbayevin adını daşıyır. Nazarbayev Universiteti 2010-cu ildə açılıb və bu gün ölkədə Kembric və Harvard Universiteti ilə eyni sıraya qoyulmağa iddialıdır.

Dövlət başçısı Universitetin Ali Himayədarlar Şurasının sədridir. Buna qədər bir neçə il əvvəl Qazaxıstanın paytaxtında ilk Nazarbayev intellektual məktəbi açılıb və bütün ölkəyə yayılıb.

Prezident Nazarbayev Universitetinin tələbələri ilə
© Foto : Qazaxıstan prezidentinin rəsmi internet saytı
Prezident Nazarbayev Universitetinin tələbələri ilə

Lalələr və xrizantemalar

Hollandiya və Yaponiyada Qazaxıstan prezidentinin adını daşıyan yeni lalə və xrizantema növləri yetişdirilir. Nazarbayev sözügedən ölkələrə rəsmi səfərə gedərkən o çiçəklərə onun adı verilib.

2014-cü ildə "Qazaxıstan prezidenti" adlanan holland lalə növləri meydana çıxıb. Bundan cəmi bir neçə həftə əvvəl eyniadlı xrizantemalar gündoğar ölkədə çiçək sərgisində nümayiş olunub.

Nazarbayev küçəsi

Qazaxıstanda ölkənin ilk prezidentinin adına küçə yoxdur. Amma müxtəlif ölkələrdə demək olar ki, hər il onun adını bir küçəyə verirlər.

Misal üçün, Kazanda yerli qazax diasporunun xahişi ilə küçələrdən birinə Nursultan Nazarbayevin adını veriblər. Tyan-Şanın Zaili Alatau silsiləsinin şimal yamacındakı zirvələrdən biri Nursultan zirvəsi adlanır. 1998-ci ilə qədər o yüksəklik Komsomol piki adlanırdı.

Şəhər-qəsəbə

İki ay bundan qabaq dövlət başçısının Alma-ata vilayətinə səfəri zamanı ona yeni Nurkənd şəhərinin layihəsi təqdim edilib. Hələlik ora dəmiryolçular qəsəbəsidir.

Hökumətin ideyasına görə, Nurkənd "Xorqos" beynəlxalq sərhədyanı əməkdaşlıq mərkəzinin "Xorqos-Şərq qapısı" layihəsi çərçivəsində xüsusi iqtisadi zona kimi planlaşdırılıb. Onun genişləndirilməsi və əsl şəhərə çevrilməsi qarşıya məqsəd kimi qoyulub.

Hazırda Qazaxıstanda görkəmli şəxslərin adını daşıyan bir neçə şəhər mövcuddur: Kurçatov, Fort-Şevçenko, Satpayev, Ridder. Sovet İttifaqı dövründə Quryev adlandırılan şəhər indi Atırau, Şevçenko adlandırılan şəhər isə hazırda Aktau adlanır.

Deputatın təklifindən sonra Astananın adının həqiqətən də dəyişib-dəyişməyəcəyi məsələsi hələlik sual altındadır. Çünki bunu dövlət başçısı özü müəyyənləşdirəcək, baxmayaraq ki, o, daha əvvəl bu barədə təklifə qarşı çıxmışdı.

Sultanov qeyd edib ki, Qazaxıstanın müstəqilliyinin möhkəmləndirilməsi üçün Nazarbayevin adı dövlətin qurucusu kimi Konstitusiyaya daxil edilməlidir. Məlumdur ki, sözügedən təklifi kommunist deputat Vladislav Kosarev dəstəkləyib. Öz növbəsində deputat İrina Aronova, qeyd edib ki, Konstitusiyada dövlətin qurucusu kimi prezidentin adının qeyd olunması ədalətli addım olardı.

Onu da qeyd edək ki, 2013-cü ildə Milli Elmlər Akademiyasının üzvü Sultan Sartayev Astananın adının dəyişdirilərək Nursultan qoyulmasını təklif edib. 2009-cu ildə isə Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov Qazaxıstan paytaxtının adını dəyişərək "Sultan-Atu" qoymaq təşəbbüsünü irəli sürüb.

Əlaqədar

Azərbaycan-Qazaxıstan münasibətlərinin hansı perspektivləri var?
Ermənistan və Qazaxıstandakı istefaların arxasında nə durur?
Qazaxıstan Prezidenti Azərbaycana səfərə hazırlaşır
Qazaxıstanda "sarı" terror təhlükəsi səviyyəsinin müddəti uzadıldı
Fətullah Gülən Qazaxıstanın da düşməni elan olundu
"Qazaxıstanda baş verənlər Qərbdən idarə olunur"
Teqlər:
Kuanış Sultanov, ölkə, Nursultan Nazarbayev, Qazaxıstan, deputat, paytaxt, şəhər

Əsas mövzular