01:24 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
153001

Sözügedən qanun layihəsi bütün Türkiyə ərazisində etirazlara səbəb olmuşdu

BAKI, 22 noy — Sputnik. Türkiyədə yetkinlik yaşına çatmayan şəxslərlə cinsi əlaqəyə görə cinayət məsuliyyətindən yayınma ilə bağlı parlamentin gündəminə gətirilən qanun layihəsi geri çəkilib. Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Binəli Yıldırım açıqlama verib.

Xatırladaq ki, sözügedən qanun layihəsi bütün Türkiyə ərazisində etirazlara səbəb olmuşdu. Xüsusilə qadın haqları müdafiəsi təşkilatları həmin layihəyə ciddi reaksiya göstərib.

Mövzuya ana müxalifət partiyası olan CHP sədri Kamal Kılıçdaroğlu da münasibət bildirib. O, türk qadınının verdiyi reaksiyanı yüksək qiymətləndirərək, "ləyaqətli qadınlarımız hökuməti geri addım atdırmağı bacardı" deyib.

Qeyd edək ki, hökumətin parlamentə göndərdiyi sənəddə, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə olan, ardından nikaha girən insanları cəzalandırmamaq təklif edilib.

Əlaqədar

Sahibkarlıqla bağlı qanunvericilik sərtləşdirildi
"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna dəyişiklik edildi
"Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik edildi
Qanun şeyxülislamın təklifini reallaşdırmağa imkan vermir
Qanunsuz parklamalarla bağlı xəbərdarlıq edildi
Teqlər:
cinsi əlaqə, hökumət, qanun, cinayət məsuliyyəti, Türkiyə

Əsas mövzular