16:28 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Ölülərlə birlikdə poz verən adamlar

Ölüm acısını unutmaq üçün əcaib üsul

© Foto: Haberler.com
DÜNYA
Qısa URL
218 0 0

Ölülərlə birlikdə poza verən ailələr, yatmış kimi görünən uşaq və zərif bir şəkildə arxalarına söykənən gənc qadınlar...

BAKI, 16 noy — Sputnik. Böyük Britaniyada kraliça Viktoriyanın dövründə (1837-1901-ci illər) ölülərlə şəkil çəkdirmək dəb halını almışdı və bu, ölüm acısının öhdəsindən gələ bilmək üçün bir yol, üsul idi. Həmin dövr ölümlərlə dolu idi. Difteriya, tifo, vəba epidemiyaları ölkədə çox sayda ölümə yol açmışdı. 1861-ci ildən sonra da kraliça bir növ ölüm modası yaratdı.

Əslində "Memento Mori — öləcəyini unutma" əşyaları Viktoriya dövründən əvvəl də fərqli şəkillərdə mövcud idi. Ölülərin kəsilən saçları boyunbağıya, ya da üzüklərə qoyulur, bal mumundan ölüm maskaları düzəldilir və heykəllərdə ölümün simvolları yer alırdı.

Ancaq, 1800-cü illərin ortalarında fotoşəkil daha məşhur və ucuz hala gəldi. Beləcə "Memento Mori" fotoşəkilləri ortaya çıxdı. Əslində fotoşəkil bahalı hesab olunurdu, ancaq yenə də portretləri daha ucuz idi.

Viktoriya dövründə qızılca, difteriya və digər xəstəliklər tez-tez baş verirdi və uşaqlarda ölümcül olurdu. Uşaqların fotoşəkillərini çəkdirib, xatirələrini yaşatmaq ailələrin ağlına, onların ölümündən sonra gəlirdi.

Ancaq tibb sahəsinin inkişafı uşaqların yaşama şansını artırınca, ölüm fotoşəkillərinə tələbat azaldı. Ölülərlə birlikdə poza verən ailələr, yatmış kimi görünən uşaq və zərif bir şəkildə arxalarına söykənən gənc qadınlar… Sputnik haberler-ə istinadla həmin fotoşəkillərdən bəzilərini təqdim edir.

Əlaqədar

Bu hovuzda üzmək ölümlə nəticələnir
Facebook-un sizi ölümdən xilas etdiyini bilirsiniz?
Ölümün ağuşunda bir gün...
Qadınları erkən ölümə sürükləyən səbəb tapıldı
Ölü ilə danışdığını anlayan xilasedici sarsıldı
Ölkəmizdə ana və uşaq ölümlərinin sayı azalıb
Ölünün avtomobili polis şöbəsinin həyətindən "yoxa çıxıb"
Teqlər:
kraliça, şəkil, Viktoriya, ölü, ölüm, Böyük Britaniya

Əsas mövzular