Nəhəng hörümçək görənləri qorxuya salır

© Photo : Piotr Naskrecki/Minden Pictures"Theraphosa blondi"
Theraphosa blondi - Sputnik Azərbaycan
Abunə olmaq
Təbiətin nəhəngləri: bu meduzanın uzunluğu 7.67 metr, çəkisi isə 158.8 kiloqramdır

BAKI, 16 noy — Sputnik. Təbiətdəki qeyri-adiliklər bitib-tükənmir. İnsan təbiəti nə qədər araşdırsa da, hər dəfəsində çox maraqlı yeniliklər ortaya çıxır. Sputnik milliyet-ə istinadla bəz maraqlı xəbərləri təqdim edir.

Ən kiçik bir hörümçəyin belə, böyük qorxulara səbəb ola bildiyi dünyamızda, "Theraphosa blondi"yi görənlər heyrətlər içərisində qala bilər. Cənubi Amerikada yaşayan bu qaya hörümçəyi dünyanın ən böyük hörümçəyi olaraq tarixə keçib. Digər hörümçəklərin daha uzun ayaqları olmasına baxmayaraq, onun gövdəsi 170 qram ağırlığındadır. Lakin, quş yeyən olaraq bilinən bu nəhəng hörümçək, görənləri qorxuya salsa da, əslində göründüyü qədər təhlükəli deyil.

Dünyanın ən böyük iti kimi Ginnesin Rekordlar Kitabına düşən "Zeus" adlı köpək hər gün 14 kq yemək yeyir və başından quyruğuna qədər olan uzunluğu tam 2 metrdir.

© Photo : AOL.com/Pinterest"Zeus" adlı it
Zeus adlı it - Sputnik Azərbaycan
"Zeus" adlı it

"Darius" adlı dovşan 21 kiloqram ağırlığı və nəhəng ölçüsü ilə hər kəsi heyrətə salır. Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən böyük dovşanı olan "Darius" ildə 4 mindən çox kök yeyir.

© Photo : Caters TV"Darius" adlı dovşan
Darius adlı dovşan - Sputnik Azərbaycan
"Darius" adlı dovşan

Yer üzündə ən böyük qurbağa növü olan "Conraua Goliath"lar 3-4 kiloqram ağırlıqdadır və 3 metr boyda ola bilir.

© Photo : Cyril Ruoso Photographe"Conraua Goliath" qurbağa
Conraua Goliath qurbağa - Sputnik Azərbaycan
"Conraua Goliath" qurbağa

11 yaşında olan "Big Jake" dünyanın ən böyük atıdır. Bu heyvan 1.179 kilo ağırlığında, 210 sm uzunluğundadır.

© Photo : Imgur"Big Jake"
Big Jake - Sputnik Azərbaycan
"Big Jake"

Dünyanın ən böyük inəyi olan "Blossom"un hündürlüyü 188 santimetrdir. Bu heyvan, yanında duran 147 sm uzunluğunda olan baxıcısına nəzərən çox hündür görünür. Bu heyvanın kütləsi 940 kiloqramdır.

© Photo : Mirror"Blossom"
Blossom - Sputnik Azərbaycan
"Blossom"

2011-ci ildə ABŞ-ın Missouri əyalətində tutulan meduzanın uzunluğu 7.67 metr, çəkisi isə 158.8 kiloqramdır.

© Photo : WhatIsThe-ESTMissouri əyalətində tutulan meduza
Missouri əyalətində tutulan meduza - Sputnik Azərbaycan
Missouri əyalətində tutulan meduza

Ginnes Dünya Rekordları, Filippində tutulan timsahı dünyanın ən böyük timsahı elan edib. Ləqəbi "Lolong" olan duzlu su timsahının boyu 6 metr 17 santimetrdir. "Lolong" Filippinin cənubundakı Bunawan qəsəbəsində tutulmuşdu.

© Photo : Irresistible GamingLəqəbi "Lolong" olan duzlu su timsahı
Ləqəbi Lolong olan duzlu su timsahı - Sputnik Azərbaycan
Ləqəbi "Lolong" olan duzlu su timsahı

Xəbər lenti
0