Türk nazir: Ən azı 10 terror təşkilatı ilə mübarizə aparırıq

© Photo : mansethaber.comBəkir Bozdağ
Bəkir Bozdağ - Sputnik Azərbaycan
Abunə olmaq
Bəkir Bozdağ: Terrorun tamamilə yox edilməsində bir nəticəyə nail ola bilmədik. Niyə? Çünki, silahı başqa yerdən alırlar, təlimi başqa yerdə keçirlər.

BAKI, 4 noy-Sputnik. Türkiyədə bir tərəfdən separatçı terror təşkilatı PKK var, digər tərəfdən PYD/YPG, MLKP, FETÖ var. Ən azı 10 terror təşkilatı ilə eyni vaxtda mübarizə aparan başqa ölkə yoxdur. 

Sputnik milliyet-ə istinadla xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

“Amma terrorun tamamilə yox edilməsində bir nəticəyə nail ola bilmədik. Niyə? Çünki, silahı başqa yerdən alırlar, təlimi başqa yerdə keçirlər. Dünyanın hər yerində bununla səmimi mübarizə aparmaq lazımdır. Digər ölkələrdə bunu etmirlər. Dünyanın harasında görülüb ki, bir terror təşkilatını dəstəkləyib, digər terror təşkilatı ilə mübarizə aparasan. Amma bunu edirlər. Bir qrup terrorçunu yox edə bilmirlər”, deyə ədliyyə naziri bildirib.

Bəkir Bozdağ bəyan edib ki, bölgəyə dünyanın bir çox ölkəsindən terrorçular gəlir: "O qədər insan İraqa, Suriyaya ölmək və öldürmək üçün gəlirlər. Bütün dünya imtina etsə, Türkiyə İŞİD ilə mübarizədən imtina etməyəcək".

Xəbər lenti
0