07:05 10 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
109 0 0

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə işçi qrupun 47-ci iclası keçirilir.

BAKI, 23 okt-Sputnik. Bu gün Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci iclası keçirilir.

Sputnik AzərTAC-a istinadla xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iclası açaraq Xəzərin hüquqi statusu ilə bağlı müzakirələrin qarşılıqlı anlaşma şəraitində keçdiyini qeyd edib.

O, tərəflərin müzakirələr zamanı konstruktiv mövqe nümayiş etdirdiklərini, bunun da problemin ədalətli şəkildə həll olunmasına imkan yaratdığını söyləyib. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması istiqamətində aparılan danışıqlar konstruktiv xarakter daşıyır.

Dövlət başçılarının Zirvə toplantıları çərçivəsində əldə olunmuş razılaşmalar, qəbul edilmiş qərarlar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin razılaşdırılması prosesinə öz töhfəsini verib və ümumilikdə Konvensiya layihəsi üzrə işin sürətləndirilməsini təşviq edir.

İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri çıxış edərək deyiblər ki, Xəzəryanı dövlətlər bütün məsələləri birgə müzakirə edib razılığa gəlməlidirlər. Çıxışlarda müzakirələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

İclasda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edir. İclas oktyabrın 24-də işini davam etdirəcək.

Əlaqədar

Beynəlxalq terrorun növbəti hədəfi Xəzər hövzəsidir
Rusiya yenə Suriyaya Xəzər dənizindən bomba yağdırdı
Xəzər dənizində zəlzələ olub
Xəzər sahilində Avropa İttifaqından olan qonşularla görüş
Teqlər:
Xələf Xələfov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Xəzər dənizi, Xəzər, Tehran

Əsas mövzular