23:06 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
DÜNYA
Qısa URL
2201

İcazəsiz aksiyanın iştirakçılarına polis xəbərdarlıq edib. Qarşı tərəf isə polisə daş, çubuq və şüşə atmaqla cavab verib.

BAKI, 10 okt — Sputnik. Ötən ilin oktyabrında Ankarada baş vermiş terror aktı nəticəsində həyatını itirənlərin anım mərasimində qarşıdurma yaşanıb. Belə ki, polis anım mərasimi üçün Ankara dəmiryolu vağzalının qarşısına toplaşmaq istəyən vətəndaşlara müdaxilə edib. Sputnik hurriyet-ə istinadla xəbər verir ki, müdaxilə zamanı 60 nəfər nəzarət altına alınıb, yollar bağlanıb.

"Əmək, sülh və demokratiya mitinqi" üçün əraziyə toplanan yüzlərlə insan, 10 oktyabr 2015-ci ildə iki İŞİD terrorçusunun həyata keçirdiyi terrorda həlak olanların xatirəsini anmağa çalışıb. Aksiyaya hücumda həyatını itirənlərin yaxınları və siyasi partiya nümayəndələri qatılıblar.

Terrorun baş verdiyi meydana girmək istəyən icazəsiz aksiya iştirakçılarına polis dağılmaları üçün xəbərdarlıq edib. Polisə daş, çubuq və şüşə atan qruplara gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edilib.

Qeyd edək ki, Ankarada keçən il baş verən terrorda 102 nəfər həyatını itirib, 391 nəfər isə yaralanıb.

Əlaqədar

Azərbaycan filmi Xirosima faciəsinin anım tədbirinə dəvət alıb
Türkiyədə terror qurbanlarının sayı 41-ə çatdı
Terror qurbanlarının əksəriyyətinin şəxsiyyəti müəyyənləşib
Terror qurbanları arasında məşhur futbolçunun atası da var
Terror qurbanlarının sayı artır
Teqlər:
terror, polis, Türkiyə, Ankara, vətəndaş, qarşıdurma, anım mərasimi, dəmiryolu vağzalı

Əsas mövzular