06:14 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
148921

Ata qızının toyunda qumbara partladıb. Ölənlər arasında ərə gedən qızın anası və nənəsi də olub.

BAKI, 27 sen — Sputnik. Yəmənin cənub-qərbindəki İbb əyalətinin Yarim şəhərində toyda iki qumbaranın partladılması nəticəsində 12-si qadın, 4-ü azyaşlı uşaq olmaqla 16 nəfər həyatını itirib. Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Yəmənin internet portalı olan "Khadramaut"a yerli bələdiyyədəki mənbə bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 20-yə yaxın qadın ağır yaralanıb. Yaralılar İbb əyalətinin və qonşuluqdakı Damar əyalətinin xəstəxanalarına aparılıblar.

Mənbənin məlumatına görə, qumbaraları qızın psixi xəstə olan atası partladıb. O, qızının toyuna yığışan qadınların üzərinə qumbaraları atıb.

Toy mərasimi gəlinin nənəsini evində keçirilirmiş. Ölənlər arasında ərə gedən qızın anası və nənəsi də olub. Gəlin özü salamat qalıb, çünki qonaqların arasına çıxmağa bir qədər gecikib.

Əlaqədar

Toy karvanında qəza oldu, 1 nəfər öldü, 7 nəfər yaralandı
Toyda kütləvi zəhərlənmə baş verdi
Göyçayda toyda 30-dan çox qonaq zəhərlənib
Türkiyədə toyda partlayış törədilib, 30 nəfər ölüb
Toy karvanında qəza baş verdi, ölən var
Teqlər:
qumbara, gəlin, partlayış, toy, Yəmən, faciə

Əsas mövzular