03:47 25 Fevral 2018
Canlı yayım
PYD “qərargahı”

PYD “qərargahı”na asılan ABŞ bayraqları endirildi

© Foto: AA
DÜNYA
Qısa URL
2901

Suriyanın Rakka şəhərinə bağlı Tel Abyad mahalında PKK / PYD-nin çoxlu sayda üzvlərinin olduğu binaya əvvəlki gün asılan ABŞ bayraqlarından 3-ü endirilib.

BAKI, 17 sen-Sputnik. PKK-nın Suriyadakı qolu PYD-nin idarəsində olan Tel Abyad mahalının Mumbatıh bölgəsində 3 nöqtəyə asılan ABŞ bayraqları endirilib.

Sputnik “Anadolu” agentliyinə istinadla xəbər verir ki, ancaq hələ də gömrük binasının üstündəki ABŞ bayrağı orada qalır.

Tək ABŞ bayrağı Türkiyənin Şanlıurfa bölgəsinin Akçakale rayonundan da görünür.

Suriyada 2 sentyabrda Fərat çayının qərbindəki Münbiç mahalında PKK / PYD-nin çoxlu sayda üzvlərinin olduğu Rafi kəndində də ətrafda ABŞ bayraqları asılmışdı.

Bölgədəki yerli qaynaqlar terroristlərin ABŞ bayrağını "qalxan" olaraq istifadə etdiyini ifadə etmişdi.

Əsas mövzular