17:53 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
6901

Hadisə nəticəsində çox sayda yaşayış məntəqəsini su basıb, binalar dağılıb. Dörd nəfər həyatını itirib.

BAKI, 2 sen — Sputnik. İranın şimalında, Xəzər sahillərində yerləşən Gülüstan və Mazandaran əyalətlərində ötən gecə baş verən güclü fırtına və leysan nəticəsində 4 nəfər ölüb. "Report" İSNA-ya istinadən xəbər verir ki, çox sayda yaşayış məntəqəsini su basıb, binalar dağılıb. Gülüstan əyalətinin şərqində bir ailənin 3 üzvü təbii fəlakət nəticəsində dünyasını dəyişib. Bu əyalətin Qazalca yaşayış məntəqsəində isə bir nəfər ildırım vurması nəticəsində ölüb.

Bildirilir ki, Mazandaran əyalətinin Amol şəhərində güclü külək 900 evə və yüzə yaxın sənyae müəssisənin binasına ziyan vurub. Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Astara şəhərini də su basıb.

Əlaqədar

Şiddətli fırtına Misirdə həyatı iflic etdi
Dağıdıcı fırtına Vietnamda həyatı iflic edib
İŞİD Suriyadakı qum fırtınasından maksimum yararlandı
Tehran qum fırtınasının hücumuna məruz qalıb
Teqlər:
Gülüstan, fırtına, Mazandaran, fəlakət, İran

Əsas mövzular