16:11 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
PKK-ya qarşı etiraz aksiyası

Türkiyədə PKK-ya qarşı etiraz yürüşləri başlayır

© Photo : AA
DÜNYA
Qısa URL
27 0 0

Terror aktlarının sona çatması Şərqi və Cənub-Şərqi Anadolu bölgəsində yaşayan vətəndaşlar bir araya gələcəklər

BAKI, 19 avq — Sputnik. Türkiyədə başda Elazığ və Diyarbəkir olmaq üzrə, bölgədəki vilayətlərdə PKK-ya qarşı etiraz yürüşləri keçiriləcək. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, PKK-ya etiraz və terror aktlarının sona çatması üçün cümə namazından sonra Şərqi və Cənub-Şərqi Anadolu bölgəsində yaşayan vətəndaşlar bir araya gələcəklər. Diyarbəkirin Sur rayonunda tarixi "Ulu Məscid"də cümə namazından sonra bir araya gələcək olan qeyri-hökumət təşkilatları PKK-ya etiraz edəcək.

Elazığda da cümə namazından sonra vətəndaşlar 15 iyul Demokratiya Meydanında bir araya gələrək əllərində Türkiyə bayraqları ilə Əhməd Aytar Meydanına qədər gedəcəklər. Daha sonra burada "terrora lənət" mitinqi keçiriləcək.

Mardin, Bingöl, Siirt və Batmanda da cümə namazından sonra qeyri-hökumət təşkilatları terror təşkilatlarına qarşı birgə mətbuat konfransı keçirəcəklər.

Digər tərəfdən "Demokratiya və Şəhidlər" mitinqinin bənzərinin Diyarbəkirdə Dağkapı Meydanında terrora qarşı keçirilməsi planlaşdırılır. Sentyabr ayında keçirilməsi nəzərdə tutulan mitinq üçün Diyarbəkirdəki qeyri-hökumət təşkilatları və siyasi partiya nümayəndələri bir araya gələrək proqram təşkil edəcəklər.

Əlaqədar

Ərdoğan PKK-nın terror aktlarının arxasında FETÖ-nun durduğunu deyib
Türkiyədə növbəti dəhşətli terror aktı
Türkiyədə terror baş verib
35 PKK terrorçusu məhv edildi
Türkiyə xüsusi xidməti terrorçulara necə "açıq verdi" - israilli kəşfiyyatçı danışır
Terrorçuların hansı ölkələrdən gəldikləri bəlli oldu
Teqlər:
Elazığ, yürüş, Diyarbəkir, etiraz, PKK, Türkiyə, aksiya, terror

Əsas mövzular