10:05 24 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9496
Tuncay Babalı

Türkiyənin Kanadadakı keçmiş səfiri həbs olundu

© Foto : corim.qc.ca
DÜNYA
Qısa URL
801

Diplomat FETÖ-nun təlimatları çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinə məmur işə götürülməsi və onların vəzifələrə təyin edilməsində təqsirləndirilir

BAKI, 18 avq — Sputnik. Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində ilk dəfə bir səfir tutulub. "Report"un "Milliyet"ə istinadən verdiyi məlumata görə, Tuncay Babalı bu gün Ankara prokurorluğunun təlimatı əsasında paytaxt polisi tərəfindən saxlanılıb.

Xəbərdə bildirilib ki, diplomat FETÖ-nun təlimatları çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinə məmur işə götürülməsi və onların vəzifələrə təyin edilməsində təqsirləndirilir.

Qeyd edək ki, T. Babalı dövlət çevrilişi cəhdindən sonra səfir Gürcan Balıkla birlikdə Türkiyə XİN-dəki vəzifələrindən uzaqlaşdırılmışdı. O, sabiq prezident Əhməd Necdət Sezərin xüsusi katibinin müavini işləyib. Eyni zamanda, T.Babalı Türkiyənin Kanadadakı səfiri olub.

Əlaqədar

FETÖ-dən Azərbaycana hansı təhlükə gözlənilir?
Dövlət Departamenti: Biz Türkiyə və ya FETÖ arasında seçim etməyəcəyik
Ərdoğan: FETÖ Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışıb
Fətullah Gülənə 1900 illik həbs cəzası istənilir
Allahşükür Paşazadə də Fətullah Gülənlə mübarizəyə qoşuldu
Teqlər:
Tuncay Babalı, Fətullahçı Terror Təşkilatı, FETÖ, Türkiyə, səfir, həbs

Əsas mövzular