Rusiyadan İrana xüsusi dəvət

© AFP 2023 / SEDA RAVANDI Əli Laricani, İran parlamentinin sədri
Əli Laricani, İran parlamentinin sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvada region ölkələrinin parlament rəhbərlərinin toplantısı keçiriləcək. Moskva başqa dövlətlərin parlamentləri ilə əməkdaşlıq edərək, yeni qurum yaratmaq istəyir.

BAKI, 19 apr — Sputnik. İran parlamentinin sədri Əli Laricani Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti ilə Moskvaya səfər edib. Sputnik mehrnews.com-a istinadən xəbər verir ki, Moskvada region ölkələrinin parlament rəhbərlərinin toplantısı keçiriləcək.

Разворачивание зенитно-ракетной системы С-300 - Sputnik Azərbaycan
İran Rusiyadan aldığı “S-300” komplekslərini nümayiş etdirib

Səfər öncəsi Laricani deyib ki, Rusiya başqa dövlətlərin parlamentləri ilə əməkdaşlıq edərək, yeni qurum yaratmaq istəyir: "Hazırda Orta Şərqdə bir sıra əhəmiyyətli proseslər yaşanır. Digər tərəfdən isə iqtisadi baxımdan region inkişaf edir. Bundan başqa bölgəmiz təhlükəsizlik sahəsində böhranlarla üz-üzədir".

"İran hesab edir ki, belə şəraitdə müqavimət göstərmək üçün yeni qurumların yaradılması doğrudur. Parlamentimiz bu təklifi müsbət dəyərləndirir", — Laricani vurğulayıb.

Əli Laricaninin başçılıq etdiyi heyət yeni yaradılması nəzərdə tutulan "Avrasiya Sədrlər Forumu"nda başqa dövlətlərin parlament təmsilçiləri ilə görüşlər də keçirməyi planlaşdırılıb.

Xəbər lenti
0