08:48 23 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0459
  • RUB0.0222
DÜNYA
Qısa URL
12121

Barak Obama: Hakimiyyətdə olduğum dövrdə ən böyük nailiyyət Amerikanın iqtisadi böhrandan qurtulması olub.

BAKI, 11 aprel-Sputnik. ABŞ prezidenti Barak Obama Liviyaya müdaxiləni hakimiyyətdə olduğu dövrdə özünün ən böyük səhvi adlandırıb.

Sputnik- in məlumatına görə, bu barədə ABŞ prezidenti "Fox News"-a müsahibəsində bildirib.

"Liviyaya hərbi müdaxilədən sonra növbəti addımlarla bağlı planın mövcud olmaması böyük səhv idi. Həmin an qərarımın düzgün olduğuna əmin idim. Hakimiyyətdə olduğum dövrdə ən böyük nailiyyət isə Amerikanın iqtisadi böhrandan qurtulması olub", — deyə Obama qeyd edb.

Qeyd edək ki, Liviyada vətəndaş müharibəsi 2011-ci ildə başlayıb. Münaqişə nəticəsində ölkə rəhbəri Müəmmar Qəddafi öldürülüb, Liviya iki əks düşərgəyə bölünüb. Ölkənin ayri-ayrı əraziləri isə İŞİD terror təşkilatının silahlılarının nəzarəti altına keçib.

Ekspertlərin rəyinə görə, Qəddafinin hakimiyyətdən devrilməsinə və öldürülməsinə səbəb, onun və Liviya dövlətinin xaricdəki maliyyə hesablarında olan yüz milyardlarla ölçülən vəsaitlərin Qərb dövlətləri tərəfindən mənimsənilməsinə şəraitin yaradılması olub.

Bu günə qədər Qəddafi və Liviyanın xarici hesablardakı vəsaitlərinin əsas hissəsi hüquqi bazanın yetməzliyi bəhanəsi ilə Liviyaya qaytarılmayıb.

Əlaqədar

Qəddafi: Liviyanı "Qərbin marionetkası" idarə edir
Teqlər:
Liviyanın keçmiş lideri, Liviya, Müəmməd Qəddafi, İŞİD, prezident Barak Obama, ABŞ, Barack Obama

Əsas mövzular