08:36 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Türkiyədə terror dalğası (18)
7601

Bu barədə Türkiyənin "Cumhuriyyət" qəzeti səfirliyin saytına istinadən məlumat yayıb.

BAKI, 14 mart — Sputnik. ABŞ səfirliyi Ankaradakı vətəndaşlarına terrorla bağlı xəbərdarıq edibmiş.

APA TV-nin məlumatına görə, bu barədə Türkiyənin "Cumhuriyyət" qəzeti səfirliyin saytına istinadən məlumat yayıb.  Səfirliyin saytında sadəcə ingilis dilində olan bölmədə yerləşdirilən xəbərdarlıqda qeyd olunub ki, Ankaranın Anıtkabir və Baxçəlievlər ərazisində terror təhlükəsi gözlənilir. Buna görə də səfirlik vətəndaşlarına bu barədə xəbərdarlıq edərək, həmin ərazidən mümkün qədər uzaq olmalarını tələb edib.

Bu xəbərdarlığın səfirliyin saytında yalnız ingiliscə bölməsində yayımlanması müzakirəyə səbəb olub. Saytda verilən məlumatda terror hadisəsinin baş vermə ehtimalının ola biləcəyi binalar da göstərilib. Onların sırasında Anıtkabir, Milli Kitabxana, Quru Qoşunları Komandanlığı, Xaricli İşlər, Sosial Müdafiə və İqtisadiyyat Nazirliyinin binası da var.

Qeyd edək ki, bu gün Ankarada Kızılay meydanı yaxınlığında baş verən partlayış nəticəsində 27 nəfər ölüb, 75 nəfər yaralanıb. Partlayış yerli saatla 18:35 radələrində "Güvənpark"ın yaxınlığındakı avtobus dayanacağında baş verib. Partlayış zamanı ətrafdakı binalara da ziyan dəyib. Bölgədən gələn xəbərlərdə ölü sayının artacağı istisna olunmur. Hazırda hüquq-mühafizə orqanları ərazidədirlər. Hələlik partlayışın səbəbi bilinmir.

Mövzu:
Türkiyədə terror dalğası (18)

Əsas mövzular