13:53 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MDB-də ixtisaslı əməklə məşğul olan qadınların sayı
© Sputnik

Sputnik.Faktlar: MDB-də ixtisaslı əmək fəaliyyətinə cəlb olunan qadınların sayı AB-dəkindən daha çoxdur

Sputnik İnformasiya agentliyi və radiosu "Sputnik.Faktlar" layihəsi çərçivəsində Avropa Birliyi və MDB ölkələrində qadınların ixtisaslı əməyə cəlb olunması barədə məlumatları təqdim edir. Mövcud məlumatlara əsasən, MDB-də qadınlar ixtisaslı əməyə kişilərdən 1,82 dəfə daha çox cəlb edilirlər, AB-də isə cəmi 1,16 dəfə.

MDB ölkələrində qadınların kişilərə nisbətən ixtisaslı əməklə məşğulluq göstəricisinin ən yüksəyi Belarusda qeydə alınıb 2,66 dəfə. Daha sonra Moldova (1,84 dəfə) və Ermənistan (1,79 dəfə) gəlir. Rusiya və Ukraynada vəziyyət təxminən eynidir — müvafiq olaraq 1,77 və 1,74. Ən aşağı göstərici isə Qırğızıstan (1,67), Qazaxıstan (1,64) və Azərbaycandadır (1,47).

Avropa Birliyində isə ilk üçlükdə Baltikyanı ölkləridir: Litva — 1,97, Latviya — 1,8, Estoniya — 1,64. AB-nin ən inkişaf etmiş ölkələri Almaniya, Fransa və Böyük Britaniyada isə bu göstərici daha aşağıdır və müvafiq olaraq 1,05 dəfə, 0,98 dəfə və 0,97 dəfə təşkil edir. Qadınların ixtisaslı əməklə məşğuliyəti üzrə AB-də ən son yerləri Lüksemburq (0,89), İtaliya (0,84), Malta (0,77) tuturlar.

MDB-də ixtisaslı əməklə məşğul olan qadınların sayı AB-dən çoxdur
© Sputnik
MDB-də ixtisaslı əməklə məşğul olan qadınların sayı AB-dən çoxdur

"Sputnik.Faktlar" layihəsi haqda məlumat

"Sputnik.Faktlar" Sputnik Beynəlxalq informasiya agentliyi və radiosunun bir layihəsidir. Layihə çərçivəsində ölkələrin və təşkilatların (BMT, BVF və s.) statistikası, böyük tədqiqat mərkəszlərinin proqnozları əsasında aktual siyasi və sosial mövzular üzrə məlumatlar dərc edilir.

Mənbə: The Global Gender Gap Report 2015, World Economic Forum

Beynəlxalq peşə təsnifatına uyğun olaraq ixtisaslı əməklə məşğul insanlar dedikdə — ali və xüsusi peşə təhsili almış (fizika, riyaziyyat, tətbiqi elmlər üzrə mütəxəssislər, sağlamlıq və insan həyatı əlaqədar eləmlər və dəqiq üzrə mütəxəssislər) yüksək və orta peşə ixtisaslı insanlar nəzərdə tutulur.

Əlaqədar

Hamilə qadınlar buna qarşı mütləq müayinədən keçəcəklər
Devalvasiya yüklü 8 mart: qadın nə düşünür?
İran parlamentinə seçilən 220 deputatdan cəmi 12-si qadındır
Əgər qadın olsaydım, mənə hər yerdə yer olacaqdı
Teqlər:
dünya ölkələri, ixtisaslı əmək, "Sputnik.Faktlar", qadın

Digər infoqrafikalar

Əsas mövzular