11:29 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
6002

İki ölkə arasında mövcud böhran aradan qalxdıqdan sonra məsələnin yenidən gündəliyə gələcəyi bildirilib

BAKI, 29 yan — Sputnik. Rusiyanın "Qazprom" şirkəti Türkiyənin özəl qaz şirkətlərinə endirimli qiymətlərlə mavi yanacaq satışına dair qərarını ləğv edib. Keçən il yanvarın 1-dən Rusiyadan 10 milyard kubmetr təbii qaz idxal edən Türkiyənin 6 özəl şirkətinə, qiymətdə 10,25 faiz endirim haqda qərar qəbul olunmuşdu.

Sputnik haberler.com-a istinadən xəbər verir ki, həmin şirkətlər bundan sonra endirimdən faydalana bilməyəcəklər. Məlumata görə, bu günlərdə "Qazprom"la həmin özəl şirkətlərin məsul şəxsləri görüşüblər.

Həmin toplantıda Rusiya tərəfi güzəştin ləğv olunması ilə bağlı Türkiyə təmsilçilərini məlumatlandırıb. İki ölkə arasında mövcud olan böhran aradan qalxdıqdan sonra, məsələnin yenidən gündəliyə gələcəyi bildirilib.

Xatırladaq ki, Türkiyə təbii qazın min kubmetrini İrandan 490 dollara, Rusiyadan 420 dollara, Azərbaycandan isə 320 dollara alır.

Əlaqədar

Müller: Qazprom Azərbaycana qaz ixrac etməyə hazırdır
"Rusiya Türkiyə sərhədində yeni hərbi baza yaradır"
BMT: Rusiya iqtisadi böhrana sürüklənir
Rusiya Türkiyəni öz yanında görmək istəyir
İrandan Türkiyəyə mühüm mesaj
Rusiya Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər tətbiq edəcək
Teqlər:
güzəşt, Qazprom, satış, qaz, Rusiya, Türkiyə

Əsas mövzular