Fransua Olland terrorizmi müzakirə etmək üçün ABŞ və Rusiyaya gedəcək

© mixABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putin
ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa prezidenti Fransua Olland Rusiya və ABŞ-a gələn həftə nəzərdə tutulan səfəri zamanı terrorizmlə mübarizədə səylərin birləşdirilməsini müzakirə edəcək.

BAKI, 20 noy-Sputnik. Fransa prezidenti Fransua Olland Rusiya və ABŞ-a gələn həftə nəzərdə tutulan səfəri zamanı terrorizmlə mübarizədə səylərin birləşdirilməsini müzakirə edəcək.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu barədə Fransanın Moskvadakı səfiri Jan-Moris Riper "Kommersant" nəşrində dərc etdiyi məqalədə qeyd edib.

"Fransa prezidenti yaxın günlərdə Vaşinqtona, sonra isə Moskvaya səfər edəcəyini bildirib. O, Barak Obama və Vladimir Putinlə görüşərək səylərin birləşdirilməsi məsələsini müzakirə edəcək" — deyə səfir bildirib.

Riper Fransanın regionun bütün ölkələri ilə — İraq, İordaniya, Livan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Fars körfəzi ölkələri ilə dialoq apardığını qeyd edib: "Danışıqlar Fransanın Aİ-dəki tərəfdaşlar və müttəfiqlərlə sıx əlaqələndirilmə şəraitində aparılır", deyə səfir vurğulayıb.

Xəbər lenti
0