16:07 24 Fevral 2018
Canlı yayım
Теракты в Париже  - стадион Стад де Франс

Parisdə terror aktlarını törədənlərdən üçü qardaş imiş

© Hurriyet.com.tr
DÜNYA
Qısa URL
545 0 0

Silsilə terror aksiyasını törədən 7 terrorçudan üçü Fransa vətəndaşı olub.

BAKI, 15 noy-Sputnik. Parisdə silsilə terror aksiyasını törədən 7 terrorçudan üçü Fransa vətəndaşı olub.

Sputnik APA-ya istinadən xəbər verir ki, onlardan ikisi daimi olaraq Belçikada yaşayıblar. Ümumiyyətlə, polislər bu terror hadisələri ilə bağlı əsasən Belcikadan izə düşüblər.

Terrorçulardan 3-nün qardaş olduqları və onlardan birinin çox guman hadisə yerindən qaçdığı bildirilir. Hazırda polislər onun axtarışına başlayıblar.

Belə ki, Bataklan teatrındakı terrorda istifadə olunmuş qara rəngli "Volsfagen Polo" və "Seat Leon" markalı avtomobillər Belçika nömrə nişanlı olub və bu ölkədə kirayələnib. Brüsselin "cihadçıların məskəni" kimi tanınan Molenbek rayonunda 7 nəfər Paris terroru ilə bağlı şübhəli bilinərək saxlanılıb.

Bu gün ikinci dəfə Fransada təhlükəsizliyi təmin etməyə cəlb olunmuş əsgərlərin sayı iki dəfə artırılaraq 10 min nəfərə çatdırılıb.

Terror həmlələri nəticəsində həlak olmuş 129 nəfərdən 103-nün şəxsiyyəti müəyyənləşib. Yaralı 352 nəfərdən isə 99-nun vəziyyəti ağır olaraq qalır.

Müxbirimiz bildirib ki, Paris küçələrində bu gün izdiham yaşanıb. Parislilər terror qurbanlarını yad edirlər.

Bu arada Avropa Ittifaqi təcili olaraq cümə gününə 28 ölkənin daxili işlər nazirinin birgə toplantısının keçirilməsinə çağırıb.

Əsas mövzular