Türkiyə polisi İŞİD-çilərin evinə hücum etdi

© REUTERS / Ivan Alvaradopolis
polis - Sputnik Azərbaycan
Abunə olmaq
Ona yaxın terrorçunun öldürüldüyü bildirilir.

BAKI, 26 okt – Sputnik. Türkiyə hüquq mühafizə orqanları Diyarbəkir şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib. Yaşanan qarşıdurmalarda 2 polis əməkdaşı şəhid olub, 4-ü isə yaralanıb.

Hadisə polisin İŞİD terrorçularının yaşadıqları evə basqını nəticəsində yaşanıb.

Əməliyyat zamanı evin ətrafına yerləşdirilmiş bombanın partlaması nəticəsində ağır yaralanan iki polis həyatını itirib.

Ona yaxın terrorçunun öldürüldüyü bildirilir.

Xəbər lenti
0