CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Üç qardaş - 2021” təliminin növbəti mərhələsi icra edilib

Abunə olmaq
Təlimin planına uyğun olaraq xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.
BAKI, 17 sentyabr - Sputnik. Azərbaycan, Türkiyə və Pakistan Respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub. Müdafiə nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimin planına uyğun olaraq xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.
Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Həmçinin oxuyun:
Üç qardaş - 2021 təlimində hava desant hazırlığı üzrə məşqlər keçirilib
Xəbər lenti
0