20:10 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
© AR Ministry of Defence

Təlimin növbəti mərhələsində qarşıya qoyulmuş tapşırıqları xüsusi təyinatlılar yüksək peşəkarlıqla dəqiq və effektiv icra ediblər.

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki qardaş ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər.

Həmçinin oxuyun:

Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Laçında şərti düşmənə yaxınlaşıblar

Teqlər:
xüsusi təyinatlı

Digər videolar

Əsas mövzular