23:37 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
© Sputnik / /Emin Babayev/Gülnar İbrahimova

Bu gün işğaldan azad edilən rayon və şəhərlərimizdə yenidənqurma, quruculuq və abadlıq işləri gedir. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Bu gün Şuşa şəhərində artıq çörək bişirmə sexi də fəaliyyət göstərir ki, bu sex gün ərzində 5 tona yaxın istehsal gücünə malikdir. Şuşadakı çörək sexindən xüsusi reportajı Sputnik Azərbaycan-ın bölgə müxbiri hazırlayıb.

Sexin rəhbəri və özü də elə Şuşa sakini olan Qəzənfər Dadaşov deyir ki, ermənilər Şuşanı işğal etməzdən öncə də onun  burada çörək sexi olub. Burada çörəklər tələbata uyğun hazırlanır. Bir çörək də belə, artıq qalmır. Hətta buranı ziyarət edən Şuşa sakinləri, qonaqlar da bu ünvandan evlərinə çörək alıb aparırlar. Müəssisənin rəhbəri deyir ki, vaxtilə çörək sexi ilə onların evləri arasında xeyli məsafə olub. Elə çörək bişirməyə də marağı o vaxtdan yaranıb. Hətta o bununla bağlı xatirəsini də bizimlə bölüşür:

“Mənə evdən deyirdilər ki, məsələn, 3 ədəd çörək alarsan. Mən gedib 4 ədəd çörək alırdım. Birini sexdən evə gələnə kimi yolda yeyirdim. Şuşanın çörəyi elə dadlı olurdu. Burada bişən çörək də eyni dadı verir. Biz burada olan hərbçiləri çörəklə təmin edirik. Burada işləyən mülki şəxslər var, onları da çörəklə təmin edirəm. Mənim çörəyimdən çox razıdırlar. Yeyirlər, çox dadlı çörəkdir. Hər gələn burdan 10 çörək, 15 çörək, 20 çörək, 30 çörək alır ki, aparıb Bakıda qohum-əqrəbaya, qonşulara paylayacağam ki, Şuşada belə dadlı çörək bişir.

Müəssisənin rəhbəri deyir ki, vaxtilə çörək sexi ilə onların evləri arasında xeyli məsafə olub. Elə çörək bişirməyə də marağı o vaxtdan yaranıb. Hətta o bununla bağlı xatirəsini də bizimlə bölüşür: “Mənə evdən deyirdilər ki, məsələn, 3 ədəd çörək alarsan. Mən gedib 4 ədəd çörək alırdım. Birini sexdən evə gələnə kimi yolda yeyirdim. Şuşanın çörəyi elə dadlı olurdu. Burada bişən çörək də eyni dadı verir”.

Bu gün Şuşa şəhərinə üz tutan hər kəs bu sexin yanında ayaq saxlayıb, ətri qala divarlarını bürüyən “Qala çörəyi”ndən almamış getmir. Şuşa sakini Rizvan Bədəlov müsahibəsində bildirib: “Mən gəldim Şuşaya ki, ermənilərin dağıtdığı evimizi görəm. Heç bir əsər-əlamət qalmayıb. Mənim atamın qəbri burdadır, qardaşımın qəbri burdadır. Şuşa da işğaldan azad olunandan mən bilirəm ki, burada çörək bişir. Bura gəlib Qəzənfər müəllimin bişirdiyi çörəkdən alıb aparmamaq günah olardı. Mən burada bişən çörəyi aparıb orada uşaqlara yedirtmiyim?! Müsahibimiz deyir ki, “Qala çörəyi”nin dadı fərqlidir. Bu məsələdə isə təbiətin də möcüzəsinin rolu böyükdür.

Çörəyin dadlı olmasına gəlincə, biz başqa cür düşünürük. Bu yer Qafqazın cənnət məkanıdır. Ona görə də Şuşada hazırlanan bütün təamların da dadı fərqlidir. Uzun illərdən bəri dadı qaçan ağzımız yenidən öz dadına qovuşub. Bu müqəddəs bərəkətin qarşısında Tanrıdan tək diləyimiz budur ki, qoy Azərbaycan xalqının, xüsusən də şuşalıların ağzının dadı heç zaman qaçmasın...

 

Digər videolar

Əsas mövzular