10:55 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
© Sputnik / /Rəşid Rəşidov/Gülnar İbrahimova

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın davam edir. Ətraflı videomuzda.

Hadisə avqustun 29-da günün ikinci yarısında rayonun Sərdahar və Qaraya kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınıb.

Alovun söndürülməsi və yaxınlıqdakı meşə massivinə keçməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin bir ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, eləcə də kənd əhalisi cəlb olunub.

Alov ətrafdan müşahidə olunub. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Digər videolar

Əsas mövzular