12:04 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
© Sputnik / Gulnar Ibrahimova / Taleh Mahmudov

Avqustun 29-da 12 il bundan öncə faciəvi şəkildə dünyasını dəyişmiş əfsanəvi pop ulduz Maykl Ceksonun doğum günüdür. Rus Dövlət Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti Naina artıq neçə illərdir ki, onunla bağlı fotolayihə üzərində işləyir.

Rus Dövlət Dram Teatrının aktrisası Naina İbrahimova artıq neçə illərdir ki, Maykl Ceksonun obrazını yaradır.

Aktrisa təkcə pop ulduzunun deyil, Marlen Ditrix, Merilin Monro və Çarli Çaplin kimi meqa-ulduzların obrazlarını da canlandırıb. Aktisa müsahibəsində bildirib: “Hətta bir çox yerlərə məni Maykl Cekson kimi dəvət edirlər. Bu obrazda Rusiyanın məşhur simaları ilə bir neçə verilişdə də çəkilmişəm. Açıq havada həyata keçirilən çəkilişlərdə isə mənimlə şəkil çəkdirmək istəyənlər olduqca çox idi, sanki mən Maykl Ceksonun özüydüm.

Maraqlıdır ki, onun obrazını ilk dəfə ölümünə 10 gün qalmış yaratmışam. Amma bu şəkilləri layihəyə daxil etmədim, çünki ölümündən sonra ona daha çox bənzəməyə başladım. Bu, həm də məsuliyyətimizin artması ilə bağlı idi. Onun kostyumlarını da maksimum oxşatmağa çalışırdıq. Baxmayaraq ki, bu, olduqca çox pul tələb edir. Əvvəlcə ağlıma da gəlməzdi ki, bu işə belə çox pul gedəcək. Amma elə böyük insan üçün heç nə heyif deyil. İşi yarımçıq qoymağı, yaxud "yola verməyi" də sevmirəm, çünki həmişə keyfiyyətə işləyirəm. Yaradıcı heyətə iş şəraiti yaratmaq da az məbləğ tələb etmir. Xoşbəxtlikdən, bu layihəyə qoşulanlar ona əsl yaradıcılıq işi kimi yanaşaraq, təmənnasız çalışıblar.”

 

Digər videolar

Əsas mövzular