Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Rusiya Kabildən insanları təxliyə edir

Abunə olmaq
Rusiya Müdafiə Nazirliyinin iki təxliyə təyyarəsi Çkalovsk aerodromuna enib. Təyyarələr Rusiyaya enməzdən əvvəl Tacikistandakı Aini aerodromunda və Qırğızıstanda Kant hava bazasında dayanıb.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi nəqliyyat aviasiyasının 4 təyyarəsi Əfqanıstanın paytaxtından Rusiya, Ukrayna, Özbəkistan və KTMT ölkələrinin təxminən 500 vətəndaşını təxliyə edib.
Kadrlarda vətəndaşların təyyarədən necə düşdükləri və sonra aerodrom binasında PCR testi verdikləri göstərilir.
Sərnişinlərdən biri təxliyənin sürətli və rahat olduğunu bildirib. Daha sonra o qeyd edib ki, təyyarəyə minmək və ölkəni tərk etmək üçün Əfqanıstanda hər şeyini atıb və qaçmaq məcburiyyətində qalıb.
Təyyarənin göyərtəsində uçuş zamanı tibbi yardım göstərmək üçün lazımi avadanlıq və dərmanlarla təmin edilmiş hərbi həkimlərdən ibarət qrup vardı. Təyyarələrdə Əfqanıstanı tərk edən insanlar kifayət qədər içməli su, yemək və yorğanla təmin ediliblər.
 
Xəbər lenti
0