Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanda və dünyada ilk: Yeni və təkmilləşdirilmiş elektron musiqi aləti

Abunə olmaq
"RA.TAR" musiqi alətinin yaradıcısı Ramil İsgəndərov alətin xüsusiyyətləri haqda Sputnik Azərbaycan-a danışıb. Ətraflı - videomuzda.
Ramil İsgəndərov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, belə bir alət haqqında tələbəlik illəri vaxtlarından düşünürmüş: "Düşündüyüm kimi də alət çox gözəl zövqlə hazırlandı. Allahın izni ilə və ustaların sayəsində belə bir alət ərsəyə gəldi. Tar ifaçıları təsdiq edərlər ki, bir çox tarzənlər (tar ifaçıları) tardan ya türk sazına, ya da gitaraya keçiblər və keçirlər. Bu aləti düzəltdirməkdə ən əsas məqsədim o olub ki, türk sazında, gitarada olan səs tembrini ala bilim. Axı özümüzün niyə belə bir milli elektron alətimiz olmasın?!"
"RA.TAR" Milli elektron musiqi aləti: Sinədə ifa olunduğundan tar ifaçılarının aləti tutması pozulmayacaq və dəyişilməyəcək. Bildiyiniz kimi, alətin üzərində dəri yoxdur, buna görə də bizim öz tarımızın səsini verməsi mümkün deyil. Alətin üzərində şaller dediyimiz səsötürücü qurğu quraşdırılıb ki, bu da alətin səsinin fərqli səs tembrinə malik olması üçündür (demək olar ki, türk sazını xatırladır). "RA.TAR"ı düzəltdirməkdə məqsədim də bu olub. Hamıya məlumdur ki, bizim əvəzolunmaz, dünyaya səs salan və özünəməxsus səs tembrinə malik olan gözəl milli tarımız var. "RA.TAR" mənim öz ideyamla hazırlanmış elektron musiqi alətidir. Müəllif Hüququ Agentliyi tərəfindən rəsmi qaydada öz adıma sənədləşdirilib”.
 
Xəbər lenti
0