CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağsu və Şamaxıda yanğın yenidən şiddətləndi

Abunə olmaq
Ağsunun Gəgəli kəndində, dağlıq ərazidə iki gün davam edərək 80 hektarı məhv edən yanğın avqustun 6-da söndürülsə də elə həmin gün axşam fəlakət yenidən başlayıb.
BAKI, 7 avqust - Sputnik. Ağsu və Şamaxı rayonu ərazisində yanğınlar yenidən şiddətlənib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarından başlayan yanğın bu saatlarda daha çox ərazini əhatə edir. Hazirda dağlıq ərazidə baş verən yanğını ətrafdan da görmək mümkündür.
Alovun üç müxtəlif ərazidən genişlənməsi müşahidə olunur.
© Sputnik / Rashad KeremogluAğsuda və Şamaxıda yanğınlar
Ağsuda və Şamaxıda yanğınlar - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Ağsuda və Şamaxıda yanğınlar
---------------
06.08.2021
17:13
Ağsu rayonu ərazisində baş verən yanğın söndürülüb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dağlıq ərazidəki təqribən 80 hektarlıq örüş sahəsində quru otluq və kol bitkiləri yanıb.
Xatırladaq ki, iki gün əvvəl axşam saatlarında Ağsu rayon Gəgəli kəndi yaxınlığında başlayan yanğın digər ərazilərə keçməklə təhlükəli vəziyyət yaratmışdı. Alovun söndürülməsi üçün əraziyə FHN-in DYMX-nin canlı qüvvəsi və texnikası, Mülki müdafiə qoşunlarının əsgərləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, kənd sakinləri, elecə də bir ədəd helikopter səfərbər olmuşdu.
Görülən tədbirlər nəticəsində alova yaxın olan meşə massivi, kəndlər yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verməsi hələlik bəlli deyil. Fakta bağlı araşdırma aparılır.
----------------
05.08.2021
18:42
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov yanğının baş verdiyi ərazilərə gediblər. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verib. 
© Sputnik / Rashad KeremogluEkologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov yanğının baş verdiyi ərazidə
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov yanğının baş verdiyi ərazidə - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov yanğının baş verdiyi ərazidə
Onlar yanğın bölgəsinə nəzər yetiriblər və yanğının söndürülməsi prosesini müşahidə ediblər. Ekoloqlara və icra nümayəndələrinə müvafiq göstərişlər verilib. 
© Sputnik / Rashad Keremoglu
Ağsu rayonu Gəgəli kəndi yaxınlığında yanğın   - Sputnik Azərbaycan
1/6
© Sputnik / Rashad Keremoglu
Ağsu rayonu Gəgəli kəndi yaxınlığında yanğın   - Sputnik Azərbaycan
2/6
© Sputnik / Rashad Keremoglu
Ağsu rayonu Gəgəli kəndi yaxınlığında yanğın   - Sputnik Azərbaycan
3/6
© Photo : Ministry of Emergency Situations of the Republic of Azerbaijan
Gəgəli kəndi yaxınlığında yanğın - Sputnik Azərbaycan
4/6
© Photo : Ministry of Emergency Situations of the Republic of Azerbaijan
Gəgəli kəndi yaxınlığında yanğın - Sputnik Azərbaycan
5/6
© Photo : Ministry of Emergency Situations of the Republic of Azerbaijan
Gəgəli kəndi yaxınlığında yanğın - Sputnik Azərbaycan
6/6
1/6
2/6
3/6
4/6
5/6
6/6
FHN Ağsuya helikopter göndərdi
Ötən gün axşam saatlarında Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında başlayan yanğın bu saatlarda da davam edir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası, Mülkü müdafiə qoşunlarının əsgərləri, eləcə də kənd əhalisi səfərbər olunub.
İlkin mərhələdə alova yaxın olan​ Mingəçevirdən Bakı istiqamətinə gedən yüksək gərginlikli elektrik xətləri və meşə massivi yanğından mühafizə edilib.
Eyni zamanda yanğının Şamaxı rayonu ərazisinə keçməsinin qarşısı alınıb. Ərazidə əsasən xırda ağaclar, kolluq və quru otların yanması müşahidə olunur. Alovun axşam saatlarına qədər lokallaşdırılmasi gözlənilir. Havanın qismən küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir.
--------
14:28
Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir. Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
---------
12:53
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Sputnik Azərbaycan qurumun saytına istinadən bildirir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunublar. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.İlkin məlumata əsasən, təxminən 15 ha sahədə quru ot və kol-kos yanır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 89 yanğına çıxış olub.

Azərbaycanda meşə yanğınları 

Qeyd edək avqustun 2-də Yardımlı rayonunun Honuba kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın başlayıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin, Mülki Müdafiə Qoşularının və Cənub Regional Mərkəzinin ümumilikdə 130 nəfər şəxsi heyəti və FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. 
Avqustun 3-də isə Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın başlayıb. Bu yanğını avqustun 4-də ram edə biliblər. 
Yardımlıdakı yanğın isə lokallaşdırılsa da, davam edir. 
Eləcə də oxuyun:
FHN: "Yardımlıda meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir"
Fövqəladə Hallar Nazirliyi əməliyyat görüntüləri yayıb
Azərbaycan Türkiyəyə yenə təyyarə göndərdi
 
Xəbər lenti
0