Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Sapbord sürən koker-spaniel sosial şəbəkənin ulduzuna dönüb

Abunə olmaq
Çelyabinskdə Amerika koker-spaniel cinsindən olan it sapbord sürməklə hamını heyran edib. O, su gəzintisinə sahibi ilə birlikdə çıxır. Qeyri-adi komandanın məşqini videoda izləyin.
Muxa (Milçək) ləqəbli koker-spaniel lövhədən ayrı qalmır. Onun sahibi Vitali Tarasov üç il əvvəl sapbordinqlə maraqlanmağa başlayıb. 2015-ci ildə paraşütlə tullanan zaman zədə alan kişi uzun bərpa müddəti keçib, lakin idmandan imtina etməyib.
Böyük fasilədən sonra Vitali itini də özüylə su gəzintisinə aparıb, yeni hobbi tezliklə Muxanın da xoşuna gəlib.
Bu əyləncəni köpək o qədər bəyənib ki, hətta sahibi ilə birlikdə Ural Kayak yarışında da iştirak edib.
 
Xəbər lenti
0