07:27 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
© Ruptly

Ailənin qovuşması. Çelyabinsk zooparkında erkək vaşaq balalarına qovuşdu. Persey və Pyatnuşka cütlüyünün hekayəsi. Ətraflı videomuzda.

Persey və Pyatnuşka cütlüyünün iki ay əvvəl balaları olub. Dişi vaşaq 2019-cu ildə Moskva zooparkından Çelyabinskə gətirilib. Persey isə dörd aylıq ikən İjevsk zooparkından bura köçürülüb. 

Balaları doğulduqdan sonra Persey və Pyatnuşka onların peyvəndlənməsi səbəbindən ayrılmaq məcburiyyətində qalıblar. Ailənin başçısı bir aydan çox ayrı yaşayıb.

İndi zoopark işçilərinin dediyinə görə, ailənin ünsiyyətdən zövq almasına heç bir şey mane olmur.

Persey ailəsi ilə ortaq bir dil tapıb, onların bütün nəvaziş və ərköyünlüklərini qəbul edib. Bu, təəccüblü deyil. Hər kəs bilir ki, vəhşi təbiətdə erkəklər ailəni qidalandırmaq və böyütmək məsələsində dişilərlə bərabər iştirak edirlər.

Digər videolar

Əsas mövzular