08:32 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
© AR Ministry of Defence

Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilən Kəlbəcər rayonunun Boyaqlı kəndindən ən son görüntüləri ictimaiyyətə təqdim edib.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Boyaqlı kəndindən görüntülər yayımlayıb.

Boyaqlı Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində yerləşən kənddir.

Bu kənd Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olub. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılıb. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşıb, yeni yaşayış məntəqəsi yurdun adını saxlayıb.

Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülüb.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin noyabrında işğal azad edilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin bu kənddən çəkdiyi ən son görüntüləri təqdim edir.

Digər videolar

Əsas mövzular