21:53 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
© Sputnik / Gulnar Ibrahimova / Taleh Mahmudov

Bu gün fotoqraflar peşə bayramlarını qeyd edirlər. Gənc azərbaycanlı fotoqraf Maya Bağırova Sputnik Azərbaycan-a peşəsi və peşə borcunun incəliklərindən danışıb. Ətraflı - videomuzda.

İki qızıl medal və Jan Larivyer mükafatı laureatı Maya Bağırova deyir ki, həqiqi bir fotoqraf adi gözün görə bilmədiklərini görür.

Fotoqraf kimi işləmək onun  çoxdankı arzusu olub və bu arzunu reallaşdırıb. Əlbəttə ki, çətinlikləri də olub.

Maya Bağırova Azərbaycanın işğaldan azad edilmiş bölgələrini ziyarət etmək şansı qazanan fotomüxbirlərdən biridir. Füzuli, Cəbrayıl, Ağdam və Zəngilan bölgələrinin xarabalıqlarını əks etdirən misilsiz kadrların müəllifidir.

Maya Bağırova üçün vətəni Azərbaycana həsr olunmuş əsərlər həmişə xüsusi yer tutur. Fotoqraf dünyaya Qarabağ həqiqətlərinin çatdırılmasını öz peşə borcu hesab edir.

"Azad olunmuş torpaqlara ayaq basdığımda eyni zamanda təsviredilməz ağrı və sevinc yaşayıram".

Maya Bağırova uşaqlıqdan sənətə meylli olub və rəsm çəkməyi çox sevib. İki qızıl medal və Jan Larivyer mükafatının sahibidir. Parisdə, beynəlxalq fotoqrafiya məktəbində dünya şöhrətli fotoqraflardan müəyyən təcrübələr öyrənib.

Bu gün Maya Bağırova Qarabağ müharibəsinə həsr olunmuş elektron kitab üzərində işləyir. Fotomüxbir jurnalistin kitabının bestsellerə çevriləcəyinə və bir neçə dilə tərcümə olunacağına heç kim şübhə etmir.

 

 

 

Digər videolar

Əsas mövzular