11:44 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
© Sputnik / Ibrahim Hashimov / Gülnar İbrahimova

Ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürüb və güclü yağış yağıb. Ətraflı Sputnik Azərbaycan-nın videosunda.

Ölkəni bürüyən leysan daha çox Zaqatalada müşahidə edilib. Dağlıq əraziyə yağan güclü yağış nəticəsində dağ çaylarında suyun səviyyəsi artıb.

Gecə saatlarında rayonun Sabunçu kəndindən rayon mərkəzinə qayıtmaq istəyən bir ailə isə Sabunçu və Yuxarı Çardaxlar kəndləri arasında axan Qara çayda batmaq təhlükəsi ilə üzləşib. Gecə saaatlarında əraziyə müvafiq qurumlar cəlb edilib və ikisi azyaşlı olmaqla 5 nəfərdən ibarət ailə təhlükəsiz əraziyə təxliyyə olunub.

Rayonun iri çaylarından sayılan Tala çayından da qısamüddətli sel keçib. Nəticədə Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xəttinin 100 metrdən çox hissəsini sel suları yuyaraq aparıb. Hər iki kənddə içməli su problemi yaranıb.

Rayon mərkəzində və Yuxarı Tala kəndi ərazisində isə bir neçə evin zirzəmisinə və həyatyanı sahələrinə yağış suları dolub.

Hazırda müvafiq qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

Digər videolar

Əsas mövzular