11:31 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
YouTube / FHN Official

Bu gün səhər Xəzər dənizində kəşfiyyat uçuşları zamanı dənizin Salyan rayonu Daşlı adasında, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Ətraflı Fövqəladə Hallar Nazirliyinin videosunda

ETSN dənizdə baş verən partlayışla bağlı açıqlama yayıb. Bildirib ki, dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır. Mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkan püskürməsidir".

Xatırladaq ki, ötən gün axşam saatlarında sosial şəbəkələrdə Xəzər dənizində baş vermiş güclü partlayış barədə məlumat yayılıb. İlkin olaraq bildirilib ki, partlayış Ələt yaxınlığındakı "Ümid" qaz yatağı rayonunda baş verib. Daha sonra SOCAR rəsmiləri dənizdə palçıq vulkanının püskürdüyü ehtimalını irəli sürüblər.

Yayılan məlumatlar arasında neft tankerinin partladığı barədə xəbər də olub.

"4 iyul 2021-ci il tarixində axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirildiyimiz kimi, SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib". SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə öz sosial şəbəkə hesabında bildirib ki, alovlanma həqiqətən ada üzərində yerləşən palçıq vulkanında baş verib

Digər videolar

Əsas mövzular