Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Şirvanşahların iqamətgahı dağılmaq təhlükəsi ilə üz-üzə qalıb

Abunə olmaq
Azərbaycanın dövlətçilik tarixində önəmli yeri olan Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından hesab edilən Buğurd qalası irigövdəli ağacların təsirindən dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Ətraflı videomuzda.

Şamaxı şəhərindən 20 km şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür dağ zirvəsində Buğurd qalası yerləşir. Əlverişli strateji mövqeyə malik qalada mükəmməl su-kanalizasiya sistemi, relyefə uyğun çoxsaylı yaşayış binaları, inzibati binalar, saraylar, məscidlər, su anbarları, hamamlar mövcud olub.

İkiqat qala divarlarının arası ilə mühafizəçilərin sərbəst gəzməsi üçün pillələr salınıb. Divarların üzəri gümbəzvari formada hörülüb ki, bu da düşmənə mühafizəçilərin hərəkətini izləməyə imkan vermir. Buğurd qalası istər yerləşdiyi mövqeyinə, istərsə də istehkamlarının quruluşuna görə Azərbaycanda olan başqa orta əsr qalaları, o cümlədən əsrlər boyu onunla sıx əlaqədə olmuş Gülüstan qalasından fərqlənir. Belə ki, orta əsr qalaları adətən bir dağ və ya təpənin üzərində tikilibsə, Buğurd qalasının istehkamları bir-birinə bitişik olan, bəzən təbii aşırımlar vasitəsilə birləşən dağ silsilələrinin zirvəsindədir. Bu silsilə cənubdan başlayaraq şimala doğru getdikcə yüksəlir və əlçatmaz olur.

Mütəxəssislərin fikincə, tezliklə əraziyə diqqət ayrılmasa, arxeoloji tədqiqat işləri ilə bərabər, konservasiya bərpa işləri də aparılmasa, günümüzə qədər gəlib çatan bu abidə məhv olacaq.

 

Xəbər lenti
0