Bakı şəhərini futbol havası bürüyüb. AVRO-2020 çərçivəsində Türkiyə-Uels oyununa biletlərin mütləq əksəriyyəti satılıb. Hər iki ölkənin azarkeşləri atmosferin dadını çıxarmaq və tətil hissini dadmaq üçün oyundan əvvəl bir neçə gün əvvəldən Azərbaycan paytaxtına gəliblər.
Sputnik Azərbaycan-ın çəkiliş heyəti azarkeşlərlə söhbət edərək şəhərin mərkəzində dolaşıb. Qarşıdakı oyundan hər kəsin fərqli gözləntiləri var: kimsə həyəcanlanır, kimsə mərc edir, kimsə Bakının istiliyindən zövq alır və daha yaxşı nəticələr gözləyir.