21:01 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
© Sputnik / Rahim Murad /Gülnar İbrahimova

Lənkəranın məşhur “Baba və Nənə çayı” səyyar çayçıları Sputnik Azərbaycan-a müsahibə veriblər. Ətraflı videomuzda

 

Əhməd İmanov müsahibəsində bildirib ki, çayçılıq sənəti asan sənət deyil. Çünki biz səliqəyə çox diqqət edirik və bizim çayxanada mentalitetimizə uyğun olmayan hərəkətlər olmur. Bizim yanımıza əsasən ailəli, gənc xanımlar gəlib çay içib istirahət edirlər.

Allaha şükür, bu günə kimi buradan narazı gedən olmayıb. “Qarda da, yağışda da gələn olur, biz də bunların hamısını nəzərə alıb gəlirik. Bir də görürsən qar yağan vaxt zəng edirlər, gəlib oturub çay içib gedirlər. Bir dəfə müştəri gəldi.

Yağış yağdığı üçün öz avtomobilində ona çay verdim və bizim çayın dadını bəyədiyini və yenə bura gələcəyini dedi. Bunlar hamısı çətindir, biz çətinliklə pul qazanırıq. “Yoldaşımla evdə məsləhətləşdik ki, səyyar qaydada yol üstündə çayxana açaq”, - deyən Şərqiyyə İmanova səyyar qaydada çayçı işləmək üçün lisenziya götürdüklərini bildirib.

 

 

Digər videolar

Əsas mövzular