Bu günlərdə Vyanada Minsk qrupu həmsədrlərinin bağlı qapılar arxasında məsləhətləşmələri keçirilir. Görüş ərəfəsində Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç müzakirələrdəki həlledici məqamlar haqqında danışıb."Daimi nümayəndə ATƏT-in Qarabağ münaqişəsinin tərəflərinə yanaşmalarını dəyərləndirib.
ATƏT münaqişə tərəfləri ilə dil tapmağa çalışır və bu strukturun konkret rolunu təyin etmək hələ ki çətindir", - deyə Rusiyanın adı çəkilən təşkilatdakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Rossiya Seqodnya" BİA-nın təşkil etdiyi mətbuat konfransında Sputnik Azərbaycanın sualına cavab verərkən bildirib.