18:30 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
© Ruptly

İordaniyalı tələbə-stomatoloq Abdulla Xuajev özü üçün Dağıstanı kəşf edib. O, dağlara olan marağı barədə verdiyi müsahibəsində danışıb. Ətraflı - videomuzda.

Kadrlarda Xuajevin dostu Yazan Tahaqzitlə birlikdə Çalda kəndi yaxınlığında uzunluğu 10 km, dərinliyi 50 m olan kanyonu necə tədqiq etdiyi görünür.

Onun sözlərinə görə, alpinist olaraq kanyonların tədqiqi ilə çoxdan, hələ İordaniyada olarkən məşğul olmağa başlayıb və orada olan 135 kanyondan bəzilərini kəşf edib.

Təhsil almaq üçün Pyatiqorsk şəhərinə köçəndən sonra sevimli idman növünü atmayıb və artıq Dağıstanda dağları tədqiq etməyə başlayıb.

“Mən Dağıstanı ona görə seçdim ki, buranın təbiəti müxtəlifdir. Məsələn, əgər mən səhralıqda dolaşmaq istəsəm, barxanlara üz tutaram. Yox əgər könlümə su hövzəsi düşsə, o zaman kanyonlara gedə bilərəm. Dağıstan çox gözəldir: burada hər şey var – dağlar, qar, çaylar. Ona görə də mən bu gözəl yeri seçdim”, - deyə idmançı bildirib.

Bundan əlavə, Xuajev qeyd edib ki, kanyonların tədqiqində və öyrənilməsində yerli sakinlər də ona çox kömək edirlər.

“Dağıstanlıların mənə çox köməyi oldu: həm mənəvi, həm də fiziki. Yeməklə də kömək edirlər – bizə hər şey verirlər. Çox qonaqpərvər xalqdır. Onlar bizim üçün burada sponsor kimidirlər”, - deyə Xuajev qeyd edib.

 

Digər videolar

Əsas mövzular