07:43 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
© Sputnik / Rashad Keremoglu /Gülnar İbrahimova

Udi kəndi kimi tanınan Nic qəsəbəsi Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Hazırda burada udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqalar yaşayır. Udilərin adət-ənənəsi haqqında daha ətraflı Sputnik Azərbaycan-ın videosunda

Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi, udilərin də mədəniyyətinin, adət və ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün böyük tədbirlər həyata keçirilir. Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Sputnik Azərbaycan-a bildirib ki, sovet dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz adət-ənənələrini yaşadır, bayramlarını geniş qeyd edirlər.

Bundan əlavə, Nic qəsəbəsindəki sonuncu dəfə 12 əsrdə təmir olunan ən qədim kilsələrədən biri Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunub və bu il udilərin ixtiyarına verilib.

Teqlər:
video, Nic qəsəbəsi, udin

Digər videolar

Əsas mövzular