05:34 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov / Səbinə Əsədova

“Azərbaycan əcnəbilərin gözü ilə” rubrikasının növbəti qəhrəmanı Bakıya beş il əvvəl gəlmiş və burada qalmağa qərar vermiş Rusiyalı fotoqrafdır.

Tatyana Maltseva beş il əvvəl Xabarovskdan Bakıya təşrif buyurub. Gələrkən heç ağlına da gəlməzdi ki, Bakıya və Azərbaycanın bölgələrinə bu qədər vurulacaq ki, ölkəmizi tərk etmək istəməyəcək.

Həyat planlarını nəzərdən keçirən Tatyana turizmlə məşğul olmağa və fotoqrafiya sənətinin dərinliklərinə yiyələnməyə başlayır. Hazırda o peşəkar texnika alır və öz dünyagörüşünü artırır. Bundan əlavə Tatyana həm də öz komandasını genişləndirir. Axı bir il əvvəl Tatyana fotoqrafiya xidmətləri göstərən firma açıb.

Tatyananın yanına tez-tez Rusiyadan qonaqlar gəlir və həmişə özləri ilə Azərtbaycan çayı, paxlava, ürək dolu emosiya və bura yenidən qayıtmaq ümidi aparırlar. Tatyananın qohumları qeyd edirlər ki, Azərbaycana köçdükdən sonra onun təbəssümü dəyişib.

Qəhrəmanımız özü isə etiraf edir ki, məhz azərbaycanlıların sayəsində “xoş gəlmisiniz” ifadəsinin yeni məna çalarını kəşf edib.

Digər videolar

Əsas mövzular