00:18 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
© AR Ministry of Defence

Qəhrəman komandolarımız qardaş Azərbaycan ilə birgə icra etdiyimiz "Qış təlimi-2021" təlimlərinin Müşahidə gününə hazırdırlar.

BAKI, 11 fevral — Sputnik. Türkiyə Milli Müdafiə Nazirliyi Qars vilayətində Azərbaycanla birgə keçirilən "Qış-2021" təlimləri ilə bağlı video paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, video nazirliyin rəsmi "Facebook" hesabına yerləşdirilib.

"Qəhrəman komandolarımız qardaş Azərbaycan ilə birgə icra etdiyimiz "Qış təlimi-2021" təlimlərinin Müşahidə gününə hazırdırlar", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb.

General-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi-2021"-in yekun mərhələsini izləyəcək.

Digər videolar

Əsas mövzular