18:42 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Rahim Məmmədov / Leyla Orucova

Mingəçevirlilər bu il qeyri-adi sürprizlə qarşılaşıblar. Bu il yerli parklardan birində, meyvəsi koronavirusun atom strukturuna bənzər ağac bəhrə verib. Onun necə göründüyünü isə videomuzda izləyin.

“Broussonetia papyrifera” və ya yapon kağız ağacı, Mingəçevirin “Güllü Bağ” adlanan parkında beş il bitsə də, yalnız bu il – pandemiya dönəmində - bəhrə verib. İllərdir çiçəyini göstərib meyvəsini gizlədən bitki, pandemiya dövründə Mingəçevir sakinlərinə əsl sürpriz edib, çünki onun meyvəsi koronavirus COVID-19 tipinin atom strukturuna bənzəyir. Amma bu ağacın meyvəsi, bu il bütün dünyanı ağuşuna almış virusdan fərqli olaraq, insan üçün təhlükəli deyil. Qırımız sulu meyvəsi olan bu bitki adətən dekorativ ağac kimi əkilir.

Mingəçevir şəhər Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsinin baş mütəxəssisi Bayram Tağıyev bu ağacın vətəninin Yaponiya olduğunu bildirib.

Bioloq Rafiq Qasımov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbəti zamanı bildirib ki, kağız bitkisi əslində yararlı hesab edilir və bəzi ölkələrdə onun meyvə və liflərindən kağız və rəng istehsalı üçün istifadə edilir.

Qeyd edək ki, hündürlüyü 12 metrə çatan bu sıx çətirli ağac adətən mayda çiçək açır, sentyabrda meyvə verir. Bu il payızın isti keçməsi ilə əlaqədar olaraq, ağac öz qeyri-adi meyvəsi ilə uzun müddət Mingəçevir sakinlərini feyzyab edib.

Digər videolar

Əsas mövzular