Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci ledi Mehriban Əliyeva Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə olublar. Bu səfərin videosunu öz Instagram səhifəsində birinci ledi paylaşıb.
Səfər çərçivəsində Prezident və xanımı Xudafərin körpüsünü ziyarət ediblər, həmçinin dövlət başçısı Azərbaycanın işğaldan azad olunmuş ərazilərdən ölkəmizin bayrağını qaldırıb.