22:15 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© AR Ministry of Defence

Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin "Smerç" yaylım atəşli reaktiv sistemi məhv edilib.

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus "Smerç" yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin "Smerç" yaylım atəşli reaktiv sistemi məhv edilib.

Qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edirik.

2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri saat 13 radələrində əhalinin sıx yaşadığı Bərdə şəhərinin mülki obyektləri və infrastrukturuna raket zərbələri endirib. Nəticədə 21 dinc sakin həlak olub, təxminən 70 nəfər yaralanıb. Mülki obyektlərə və nəqliyyat vasitələrinə zərər dəyib. Bütün həlak olanlar və xəsarət alanlar dinc sakinlərdir.

Oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndini artilleriya atəşinə tutması nəticəsində beş dinc sakin, o cümlədən yeddi yaşlı qız həlak olmuş, daha 13 nəfər yaralanmışdı.

 

Digər videolar

Əsas mövzular