12:58 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Lela Orujova / İbrahim Həşimov

Ermənistanın dinc sakinlərə hücumu davam edir. Bu gün dəfn mərasimi zamanı hücuma məruz qalmış Tərtərdəki qəbiristanlıqdan reportaja baxın.

Ermənistan silahlı qüvvələri Tərtərdə dəfn mərasimi keçirilən zamanı qəbiristanlığa hücum ediblər. Hücum nəticəsində dörd nəfər həlak olub, dörd nəfər isə yaralanıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02:00 radələrində cəbhə zonasından 100 kilometr kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda beşi qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Digər videolar

Əsas mövzular