https://cdn2.img.sputnik.az/images/07e4/0a/0f/425207757.jpg
Sputnik Azərbaycan
https://cdn2.img.sputnik.az/i/logo.png
Sputnik
https://cdn2.img.sputnik.az/i/logo.png
https://sputnik.az/video/20201015/425207824/dinc-sakinlr-yene-hedefde.html
Dinc sakinlər yenə də hədəfdədirlər - video
Bu gün səhər saatlarından Ermənistan ordusu Ağdam rayonunu ağır artilleriyadan və toplardan intensiv atəşə tutub. Ən çox atəşə məruz qalan yaşayış məntəqəsi Baharlı qəsəbəsi olub. Ətraflı videomuzda izliyin.
https://nfw.ria.ru/flv/file.aspx?nolog=1&ID=68885201&type=mp4
https://cdn2.img.sputnik.az/images/07e4/0a/0f/425207757.jpg
https://cdn2.img.sputnik.az/i/thumbnail/background_4x3.jpg
https://cdn2.img.sputnik.az/i/thumbnail/background_1x1.jpg
PT0M51S
2020-10-15T15:13Z
Bu gün səhər saatlarından Ermənistan ordusu Ağdam rayonunu ağır artilleriyadan və toplardan intensiv atəşə tutub. Ən çox atəşə məruz qalan yaşayış məntəqəsi Baharlı qəsəbəsi olub. Ətraflı videomuzda izliyin.
Ağdamın Baharlı qəsəbəsinə atılan mərmilərdən biri tövləyə düşüb.
©
Sputnik / İbrahim Həşimov / Leyla Orucova
Tövlə içərisindəki ot bağlamaları ilə birlikdə tam yanıb. Yanğınsöndürmə briqadaları alovun ətrafa yayılmasının qarşısı alınıb.
Qısa müddətdə qəsəbəyə onlarla mərmi düşüb. 10-a yaxın evə mərmi düşüb. evlərdən bəziləri yanıb, bəziləri isə dağılıb. 2 nəfər qəsəbə sakini — 51 yaşlı Şahsuvar Vəliyev və 41 yaşlı Loğman Musayev xəsarət alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Rayon ərazisinə atılan mərmi Qaradağlı, Əfətli və digər cəbhəyanı yaşayış məntəqələrində də xeyli zərərə səbəb olub. Bir neçə ev yanıb,10 başdan artıq mal-qara tələf olub.