05:17 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orujova / İbrahim Həşimov

Ötən gecə Bərdə-Tərtər yolunda Təcili Tibbi Yardım avtomobili vurulub. Atılan mərmilərdən biri avtomobilin yanında partlayıb. İnsidentdən sonra Təcili Tibbi Yardım maşınının hansı vəziyyətə düşdüyünü videodan izləyin.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Teqlər:
atəş, təcili tibbi yardım avtomobili, mərmi, erməni təxribatı, Tərtər, Bərdə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Digər videolar

Əsas mövzular